Almaniya 300 qaçqın qəbul edəcək

Almaniya Liviyada qeyri-leqal miqrantlar üçün düşərgədə saxlanılan 300 qaçqını qəbul edəcək.

Azadinform-un məlumatına görə, bu barədə bu gün "epd" agentliyi Almaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Miqrantların Almaniyaya göndərilməsinə hazırlıq işləri ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsi məşğul olur. Dəqiq tarix olmasa da, Almaniya Daxili İşlər Nazirliyi qaçqınların ilk qrupunun bu yaz ərzində Almaniyaya gələcəyini proqnozlaşdırır.

18.03.2018 17:12 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo