Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib

Martın 17-də Ağcabədi rayonunda xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.

Azadinform xəbər verir ki, tədbir Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Kosa və keçəlin gəlişi, folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı və balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tədbir GTM Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin balaca fidanlarının hazırladığı maraqlı musiqili bayram proqramı ilə davam edib.

18.03.2018 16:32 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo