Moskvada mağazanı qarət edən azərbaycanlılar saxlanılıb

Moskvada zərgərlik mağazasını qarət etməkdə şübhəli sayılan şəxslərdən ikisi saxlanılıb.

Azadinform-un məlumatına görə, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə TASS agentliyinə saxlanılan şəxslərin Azərbaycan vətəndaşları olduğunu bildirib. Hazırda cinayətkar qrupun digər üzvlərinin axtarışı davam edir.

Qeyd edək ki, martın 15-də axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində zərgərlik mağazasını qarət edib. Mağazada satıcıları təhdid edən həmin şəxslər 50 milyon rubl dəyərində qızıl-zinət əşyalarını götürərək aradan çıxıblar.

18.03.2018 15:48 / Baxılıb: 206 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo