"Mançester Yunayted" yarımfinala çıxdı

"Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun ¼ final matçında "Brayton end Houv Albion" komandası üzərində qələbə qazanıb.

Azadinform xəbər verir ki, Mançester şəhərinin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Oyunda qolları forvard Romelu Lukaku və yarımmüdafiəçi Nemanya Matiç vurub.

"Mançester Yunayted" İngiltərə Kubokunun ikinci yarımfinalçısı olub. Ondan əvvəl "Tottenhem Hotspur" "Suonsi Siti"ni 3:0 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

İngiltərə Kuboku. 1/4 final

"Mançester Yunayted" – "Brayton end Houv Albion" - 2:0

Qollar:1:0 – Lukaku – 37, 2:0 – Matiç – 83

18.03.2018 13:45 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo