ABŞ XII Qış Paralimpiya Oyunlarının qalibi olub

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XII Qış Paralimpiya Oyunlarında bütün növlər üzrə mübarizəyə yekun vurulub.

Azadinform-un məlumatına görə, ümumi komanda hesabında birinci yeri ABŞ tutub.

Amerikalılar 13 qızıl, 15 gümüş, 8 bürünc medal qazanıblar. Neytral statusla çıxış edən Rusiya 8 qızıl, 10 və 6 bürünc medalla ikinci, Kanada 8 qızıl, 4 gümüş və 16 bürünc medalla üçüncü olub.

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Oyunların Bağlanış Mərasimi keçiriləcək.

18.03.2018 12:54 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo