Bu gün 36 mindən çox şagird buraxılış imtahanı verir

AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.

DİM-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bu gün ümumilikdə 36 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.

18.03.2018 10:17 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo