Gömrükdə külli miqdarda narkotik vasitə aşkarlanıb

AZADİNFORM. Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsi əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısını alıb.

Azadinform Komitəyə istinadən xəbər verir ki, idarənin "Sınıq-Körpü" gömrük postunda Türkiyədən Azərbaycana piyada sərnişin idxal xətti ilə gələn ölkə vətəndaşları - Hüseynov Nizami Çingiz oğlu, Rzayev Kamran Əli oğlu və Məmmədov Tural Kəramət oğluna məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış "Heimann X-RAY" markalı rentgen aparatında gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş bir ədəd "Fantom" markalı tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən mal olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin dərman preparatları 903 (doqquz yüz üç) ədəd, ürək formalı, narkotik vasitə olan ekstazidir.

Faktla bağlı araşdırma aparılır.

17.03.2018 16:21 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo