Beynəlxalq Bank tender keçirir

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC mühafizə-yanğın sistemi (lot-1) və videonəzarət sistemi (lot-2) avadanlıqlarının satın alınması və baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması məqsədi ilə açıq tender elan edib.

Azadinform xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 6-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə aprelin 17-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: tender@ibar.az).

Təkliflərə aprelin 16-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

17.03.2018 12:48 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo