Prezident seçkilərində iştirak edəcək Naxçıvan seçicilərinin sayı açıqlanıb

Bu ilin 11 aprelində ölkəmizdə keçiriləcək prezident seçkilərində səsvermə hüququ olan Naxçıvan Muxtar Respublikası vətəndaşlarının sayı açıqlanıb.

Azadinform Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, muxtar respublikada seçicilərin ümumi sayı 262874 nəfərdir.

Onlardan 129484 nəfəri (49,3%) kişi, 133390 nəfəri isə (50,7%) qadındır. Muxtar respublikada 1368 nəfər bu ilki seçkilərdə ilk dəfə səs verəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 125 seçki dairəsində keçiriləcək. Bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.

16.03.2018 23:59 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo