FHN baş vermiş qəza ilə bağlı məlumat yaydı

AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunmuşdur. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

16.03.2018 22:28 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo