Azərbaycan Prezidenti irlandiyalı həmkarını təbrik edib

AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Azadinform-un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram".

16.03.2018 19:25 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo