Binəqədidə daha bir küçədə yenidənqurma işləri aparılır Fotolar

Samir Soltanov/AZADİNFORM. Bakı şəhərində avtomobil yollarının, küçə və prospektlərin yenidən qurulması və reabilitasiyası çərçivəsində Binəqədi rayonunda 1076 metr uzunluğa malik yol və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Biləcəri-Binəqədi yolu ilə birləşdirən 4-cü döngə küçəsi yenidən qurulur.

Bu barədə Azadinform-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib. 
Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə 0,8-1 metr hündürlükdə yararlı qrunt tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərə paralel olaraq səth sularının kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılır, 400 millimetr diametrində borulardan istifadə edilərək 600 metr uzunluğunda yağış suları xətləri çəkilir, lazımi yerlərə yağış barmaqlıqları quraşdırılır. Bununla da yağıntılar zamanı yaşanan problemlər tam olaraq aradan qaldırılacaq. 
Bundan başqa, vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəraitdə hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilir, kənarlarına 2 min poqonmetrdən çox səki daşları düzülür, yolun hərəkət hissəsinə düşən işıq dirəkləri isə kənarlaşdırılır.

16.03.2018 18:47 / Baxılıb: 184 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo