Nar abunəçiləri dəqiqələri meqabaytlara, meqabaytları dəqiqələrə dəyişə biləcək

Adəm Abbaslı/AZADİNFORM. “Nar” Azərbaycanın mobil rabitə bazarında daha bir ilkə imza atdı.

İndi “Full” paketlərinin istifadəçiləri öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları  digər bonuslarla dəyişmək imkanından yararlana biləcəklər. Başqa sözlə, abunəçi bu yenilik sayəsində toplanmış bonuslarını danışıq dəqiqələrindən meqabaytlara və ya əksinə, meqabaytlardan danışıq dəqiqələrinə dəyişə biləcək.    

“Exchange” təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə biləcək, 1 danışıq dəqiqəsini 2 meqabayt internet trafikinə və ya 2 meqabaytı 1 danışıq dəqiqəsinə çevirmək imkanından yararlanacaq. Bütün “Full” istifadəçilərinin faydalana biləcəyi təkliflə həm də dəyişdirilmiş bonuslara nəzarət etmək mümkündür. Hər bir konvertasiya əməliyyatı üzrə nəzərdə tutulmuş ödəniş cəmi 20 qəpik təşkil edir. 

Xatırladaq ki, “Full” paketlərinin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. “Full” abunəçilərə ölkədaxili danışıq dəqiqələri və bol internetdən sərfəli qiymətlərlə yararlanmaq imkanını yaradır. Rominqdə olan “Full” istifadəçiləri də paketlərin üstünlüklərindən tam yararlana bilirlər. 

“Full” paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində öyrənmək olar.

16.03.2018 17:27 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo