Turistləri daşıyan kanat qırılıb 8 yaralı - Video

Ləman Hüseynzadə / AZADİNFORM. Gürcüstanın turist zonası olan Qudauridə kanat yolu sıradan çıxıb.

Azadinform xəbər verir ki, hadisə zamanı kanatların içində onlarla turist olub.

Məlumata görə, hadisəyə səbəb elektrik enerjisinin kəsilməsi olub. Nəticədə kanatlar bir-birinə dəyməyə başlayıblar.

Turistlər ağır xəsarət almamaq üçün yüsəklikdən qarın üzərinə atılmaq məcburiyyətində qalıblar.

Gürcüstanın səhiyyə naziri David Serqienko jurnalistlərə açıqlamasında 8 yaralının olduğunu bildirib.

 

 

16.03.2018 17:12 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo