Demet Acundan 15 min təzminat tələb edir

Ləman Hüseynzadə / AZADİNFORM. Müğənni Demet Sağıroğlu aparıcı, prodüser Acun İlıcalını məhkəməyə verib.

Azadinform xəbər verir ki, ifaçı “O səs Türkiyə”, “O səs çocuklar” və “Rising Star” yarışmalarında “Arnavut kaldırımı” mahnısının adsız istifadə edildiyi üçün prodüserdən təzminat tələb edir. Demet mahnısının 1994-cü ildə yayımlandığını, ancaq Acunun kanallarında icazəsiz və hüquqa zidd şəkildə ifa edildiyini əsas gətirərək maddi-mənəvi hüququnun pozulduğunu bildirib. Bu səbəblə Sağıroğlu 5 min lirə maddi, 10 min lirə isə mənəvi olmaqla birlikdə 15 min lirəlik (təxminən 7500 manat) təzminatın ödənilməsini tələb edib.

16.03.2018 16:29 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo