ƏDV aradan qalxarsa savadlı insanların sayı artacaq

Leyla Məhərrəmova / AZADİNFORM. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ölkəyə idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edib.

Azadinform xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən deputat qeyd edib ki, ƏDV aradan qalxarsa qəzet və  jurnal alanların sayı çoxalacaq: “Bununla da savadlı insanların sayı artacaq. Bunun nəyi pisdir ki?”

Deputat əlavə edib ki, medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. O vurğulayıb ki, media tək ictimai deyil, strateji missiya da yerinə yetirir.

16.03.2018 16:19 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo