Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

AZADİNFORM. Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

Məlumata görə, Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə klubların rəqibləri “kor püşk”lə müəyyənləşib. Püşk İngiltərə klubları “Liverpul”la “Mançester Siti”ni üz-üzə qoyub.

Mərhələ İspaniya – İtaliya duelləri ilə əlamətdar olacaq. “Barselona” “Roma”, “Real” “Yuventus”la görüşəcək. Digər cütdə isə “Bavariya” “Sevilya”nı sınağa çəkəcək.


Çempionlar Liqası

1/4 final


“Barselona” (İspaniya) - “Roma” (İtaliya)

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

16.03.2018 15:30 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo