Ölkədə maliyyə nəzarəti həyata keçirilməlidir

Leyla Məhərrəmova / AZADİNFORM. “Bizim tariximizdə bir ilkə imza atılıb”.

Azadinform xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin plenar iclasında çıxış edərkən deyib.

Deputatın sözlərinə görə, bu ilk ondan ibarətdir ki, biz göstərdik ki, dünya siyasətində mühüm rol oynamaqdan ötrü ölkə ərazisinin böyük və əhalinin sayının çox olması vacib deyil.

M. Qasımlı bundan əlavə cəmiyyəti düşündürən məsələlərə toxunub. O qeyd edib ki, bu gün cəmiyyəti düşündürən məsələlər qaçqın və məcburi köçkünlər, sosial məsələlərdir: “Digəri isə insanların özünün məşğulluğunu təmin etməsidir. Səlim Müslümovun gördüyü işlər nəticəsində bu məsələ təmin edilib”.

Deputat əlavə edib ki, ölkədə maliyyə nəzarəti həyata keçirilməlidir: “Hesab edirəm ki, Maliyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi bu məsələni müzakirə etməlidir.  Ölkədən hər il nə qədər insan xaricə kurorta gedir. Yəni nə qədər vəsait ölkədən çıxır. Təbii ki, Azərbaycan demokratik ölkədir və bu insanların seçimidir. Lakin alternativləri  də müzakirə etməliyik”.

Deputat vurğulayıb ki, bu gün ölkədə kurort zonası fəaliyyət göstərir və xaricdən həmin zonalara gələnlər də var: “Gərək hökumət bu məsələyə diqqət yetirsin ki, insanların xaricdəki kurortlara üz tutması nəticəsində vəsaitlər xaricə getməsin”.

16.03.2018 13:53 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo