Zahid Oruc Şeyxə müraciət etdi

Leyla Məhərrəmova / AZADİNFORM. Prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir. Lakin sakitliklə bağlı məsələ məni narahat edir.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır: “Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu tək dövlətə qarşı  deyil, Azərbaycanın hər bir insanına qarşıdır. İlk növbədə QMİ sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik.

16.03.2018 13:15 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo