Texasda kimya zavodunda partlayış baş verib

ABŞ-ın Texas ştatının Kresson şəhərində kimya zavodunda partlayış baş verib. 

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər itkin düşüb, daha 1 nəfər isə ağır yaralanıb. 

Hadisə yerinə ən azı 4 yanğınsöndürən maşın cəlb edilib.

Partlayış ərazisində təxliyyə elan olunmayıb.

Kresson şəhərinin meri Bob Kornett bildirib ki, sözügedən kimya zavodu sabun, kimyəvi turşular istehsal edir. 

15.03.2018 21:48 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo