ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

Azadinform-un xəbərinə görə, yeni sanksiya siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Sanksiya siyahısına ABŞ-da 2016-cı ilk prezident seçkilərinə müdaxilədə ittiham olunan 14 fiziki şəxs və bir təşkilat əlavə olunub.

Sanksiyaya məruz qalan qurum "trol fabriki" kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyidir. Fiziki şəxslər isə "trol fabriki"ni kurasiya edən iş adamı Yevgeni Priqojin və xüsusi prokuror Robert Müller tərəfindən seçkilərə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşıdır. Onların arasında azərbaycanlı Ceyhun Aslanov da var.

15.03.2018 20:54 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo