Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək

“Türkiyə və Azərbaycan regional təhlükəsizlik məsələləri və terrorla mübarizədə əməkdaşlıq edir”.

Xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir: “Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanda soyqırım törədilib və bunu edən Ermənistan qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər”.

Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Vaşinqtona səfəri ilə bağlı sualı cavablandıran B. Yıldırım qeyd edib ki, ABŞ Dağlıq Qarabağdakı erməniləri mükafatlandırmaq yerinə, onların törətdikləri insanlıq suçuna görə cavab vermələrinə çalışmalıdır. (Apa)

15.03.2018 14:38 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo