Paytaxtda mənzildə kişi meyiti aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda mənzildən 49 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Qəzvinli Elşad Nadir oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

14.03.2018 15:45 / Baxılıb: 234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo