AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təxribatların qarşısını alacaq

Leyla Məhərrəmova / AZADİNFORM. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq.

Bu fikri Azadinform-a politoloq İlqar Vəlizadə bildirib.

Politoloq bildirib ki, müasir Azərbaycan Respublikası 100 il bundan öncə yaradılan  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Ona görə də tarixə biganə qalmaq olmazdı. Düşünürəm ki, AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq”. 

İ. Vəlizadə əlavə edib ki, bəzi dairələr, eləcə də Ermənistan AXC ilə bağlı tariximizi saxtalaşdırmağa cəhd göstərir: “Fikrimcə, tarixin şanlı səhifələrini açmaq lazımdır ki, bu cür təxribatların qarşısı alınsın”.

14.03.2018 15:25 / Baxılıb: 425 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo