Qətər vətəndaşının Ağgöl Milli Parkında ov etməsinin qarşısı alındı

Adəm Abbaslı/AZADİNFORM. Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

ETSN-dən Azadinform-a verilən məlumata görə, avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.

Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

14.03.2018 15:15 / Baxılıb: 218 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo