Qida təhlükəsizliyi sahəsində maarifləndirmə aksiyalarının keçirilməsi vacibdir

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Azadinform xəbər verir ki, Tədbir Bakı Media Mərkəzinin binasında baş tutub. Tədbirə açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qida Təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının, geniş maarifləndirmə aksiyalarının vacibliyini bildirib. Qurum rəsmisi həyata keçiriləcək bu işlər sayəsində vətəndaşların qida məhsullarını daha şüurlu şəkildə istifadə edəcəyini bildirib.

Həmçinin tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin loqosu ictimaiyyətə təqdim edilib. Bakı Media Mərkəzinin direktoru Orman Əliyevin ictimaiyyətə təqdim etdiyi Agentliyin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərində istifadə olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, əməkdaşlıq memorandumuna əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq, ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərinin təşkili məqsədi ilə razılığa gəliblər.

14.03.2018 15:05 / Baxılıb: 220 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.06.2018
22.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo