Prezidentin AXC ilə bağlı sərəncamı xalqımızın istəklərinə cavab verir

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Azərbaycan tarixində böyük əhəmiyyət kəsb edən məqam olub. Prezident İlham Əliyevin AXC-nin 100 illiyinin qeyd edilməsi ilə bağlı verdiyi sərəncam tarixə uyğundur və xalqımızın istəklərinə cavab verir.

Bu fikirləri Azadinform-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Deputat qeyd edib ki, AXC-nin 100 illiyinin qeyd edilməsi Azərbaycanın inkişafını nümayiş etdirmək üçün bir imkandır.

1918-ci ildə törədilmiş 31 mart soyqırımına gəlincə deputat vurğulayıb ki, ötən 100 il ərzində Azərbaycan öz inkişafını təmin edib, ermənilər isə cılız qalıb. Ermənilərin uydurma soyqırımı tanıtmaq üçün göstərdiyi cəhdlərdən danışan deputat deyib ki,  onların 100 ildir ki, zarımaqdan başqa imkanı yoxdur: “Biz tarixi həqiqətləri bilirik. Lakin heç də gedib qapıları döyüb demirik ki, bizi 100 il bundan əvvəl qırıblar, gəlin bunu soyqırım kimi tanıyın. Xocalıdakı  soyqırım 100 il bundan öncə yox, 26 il öncə  dünyanın gözü qarşısında törədilib. Lakin soyqırımın törədilməsində iştirak edən Serj Sarkisyanı məhkəməyə vermək əvəzinə, boynuna orden asırlar. Biz daha çox buna diqqəti cəlb etməliyik”.

14.03.2018 14:45 / Baxılıb: 554 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo