Çavuşoğlu Türkiyə və Rusiya prezidentlərinin görüşəcəyi vaxtı açıqladı

Ləman Hüseynzadə / AZADİNFORM. Moskvada Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü başlayıb.

Azadinform xəbər verir ki, görüşdən əvvəl nazirlər mətbuata açıqlama ilə çıxış ediblər.

Sergey Lavrov görüş çərçivəsində bir çox məsələlərin müzakirə ediləcəyini bildirib: “İki ölkə arasında tərəfdaşlıq, iqtisadi məsələlər, eləcə də BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəsin tətbiqi ilə bağlı qərarı ətrafında fikir mübadiləsi aparacağıq”.

Çavuşoğlu isə Türkiyə və Rusiya prezidentlərinin aprelin 3-də Ankarada görüşünün keçiriləcəyini açıqlayıb.

14.03.2018 14:30 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo