Bakıda Azərbaycan-Türkiyə-İran-Gürcüstan XİN rəhbərlərinin birinci dördtərəfli görüşü keçiriləcək

Adəm Abbaslı/AZADİNFORM. 15 mart 2018-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Azərbaycan XİN-dən Azadinform-a verilən məlumata görə, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaqdır.

2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan - İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

14.03.2018 14:25 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo