Əməlindən peşman olmayan məhkum yenidən saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Ağdaş rayonunda oğurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, quldurluq etdiyinə görə əvvəllər məhkum olunmuş Səbuhi Nəbiyev tutulub.

Üzərinə şəxsi baxış zamanı ondan 2,36 qram tiryək götürülüb.

14.03.2018 14:05 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo