Artıq dünya bilir ki, 1918-ci il martın 31-də nə baş verib

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənilər uydurma soyqırım ideyalarını  dünya ictimaiyyətinin diqqətinə çatdırır, bu istiqamətdə iş aparır. Biz isə faktiki olaraq bir neçə ildir ki, 31 mart soyqırımı məsələsini qaldırmışıq.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, artıq 31 mart soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı bir çox addımlar atılıb: “Artıq dünya bilir ki, 1918-ci il martın 31-də nə baş verib, ermənilər azərbaycanlılara hansı işgəncələri verib. Bu barədə kitablar yazılıb, filmlər çəkilib”.

F. Sadıqov hesab edir ki, bu istiqamətdə mütəmadi fəaliyyət göstərmək lazımdır: “Düşünürəm ki, 31 mart həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq üçün daha çox film çəkilməli, sərgilər keçirilməlidir”.

14.03.2018 12:30 / Baxılıb: 634 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo