Türkiyə-ABŞ münasibətləri hər hansı şəxslərə bağlı deyil

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyənin Baş naziri Binəli Yıldırım Bakı səfərindən öncə Hava limanında mətbuat konfransı təşkil edib.

Azadinform xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Yıldırım Tillersonun vəzifədən azad edilməsinə də münasibət bildirib.

O qeyd edib ki, Türkiyə-ABŞ münasibətləri hər hansı şəxslərə bağlı bir şey deyil: “ABŞ prezidentinin verdiyi qərarı bizim müzakirə etməyimiz gərəksizdir. Kim gəlirsə gəlsin, Türkiyənin mövqeyi bəllidir və açıq şəkildədir. Gələn nazirin Türkiyə üçün nə düşündüyünün bizim üçün çox da əhəmiyyəti yoxdur. Ümid edirəm ki, bundan sonra daha sağlam münasibətlər yaranar”.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün xanımı Semiha Yıldırım, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, sabiq TBMM başçısı Hikmet Çetin və digər nümayəndə heyəti ilə Bakıya rəsmi səfərə yollanıb.

14.03.2018 12:20 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo