Yaqub Mahmudov: Ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər

"Bu gün Tarix İnstitutuna qara yaxanlar var. "Facebook"da, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər".

Xəbərə görə, bu sözləri azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. "Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımılarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər", - deyə o, söyləyib.

Y. Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Hindistan arxiv sənədləri əsasında kitablar çap olunacaq. (Apa)

14.03.2018 11:55 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo