Sərkisyan konstitusiya pozuntularının sayına görə Ginnesin rekordlar kitabına nominant oldu

AZADİNFORM. Ermənistan prezidenti Serj Sərkisyan son 5 ildə Ermənistan respublikasının konstitusiyasının maddələrini 4 dəfə inkar etdi.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, bunlardan ikisi əvvəlki redaksiyada olan, ikisi isə dəyişilmiş konstitusiyaya aiddir:

I. Ermənistan parlamentinin “Yelk” (Çıxış) fraksiyasının deputatı, “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmon Marukyan 2012-ci ildə parlament seçkiləri zamanı deputat seçilərkən konstitusiyanın son beş ildə Ermənistan ərazisində yaşamaq tələbinə cavab vermirdi. Bu barədə Ermənistan prezidentinin parlament məsələləri üzrə köməkçisi işləmiş Viktor Dallakyan sənədli-sübutlu məlumat yaydı.

II. Karen Karapetyan Rusiya vətəndaşı olduğu halda Ermənistan respublikasında baş nazir postuna təyin edildi. Konstitusiyanın tələbinə görə Baş nazir son 4 ili Ermənistan ərazisində yaşamalıdır. K.Karapetyan da son 4 ildə Ermənistan ərazisində yaşamamışdı.

III. Yeni konstitusiyanın tələbinə görə parlament üsul-idarəsinə keçmiş Ermənistanın ilk prezidenti ümumxalq səsverməsi yolu ilə seçilməli idi. Çünki konstitusiyanın prezidentin parlamentdə seçilməsi tələbi yalnız ilk prezident seçildikdən sonra qüvvəyə minir.

Prezident S.Sərkisyanın saxtalaşdırmaqda əsas silahı olan Ədliyyə naziri D.Arutyunyan bunun izahını verə bilmədi.

IV. Prezident seçilmiş Armen Sərkisyan Böyük Britaniyanın vətəndaşıdır. Ən azı 2014-cü ildə yazdığı tərcümeyi-halında özünü Böyük Britaniyanın vətəndaşı kimi göstərib. Vunderkind-saxtalaşdırıcı Ədliyyə naziri D.Arutyunyan cəmi bir arqument tapa bildi: A.Sərkisyan Böyük Britaniya vətəndaşlığından imtina etməklə bağlı ərizəni 2011-ci ildə təqdim edib. Başqa sözlə, o da A.Sərkisyanın Ermənistan vətəndaşı olmadığını etiraf edir.

Politoloq vurğulayıb ki, S.Sərkisyanın konstitusiyanı pozmaq şakəri göz qabağındadır: “ Amma o bunu təkbaşına etməyib. Seçkilərdə, mətbuat və insan hüquqları sahəsində törətdiyi qanun pozuntularına Qərbin göz yumması, hətta alqışlaması onu konstitusiyanı pozmağa şirnikləşdirib”.

M. Əhmədoğlu əlavə  edib ki, dünyada qısa müddət ərzində konstitusiya normasını 4 dəfə pozan ikinci prezident yoxdur: “ Ona görə Sərkisyanın konstitusiya maddələrinin pozması sahəsindəki rekordlarına görə “Ginnesin rekordlar kitabı”na nominant hesab etmək olar. Onun nominant olmasında Qərbin dəstəyi şəksizdir. Elə Qərbin dəstəyi ilə nominantlığını rəsmiləşdirəcək”.

14.03.2018 11:12 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo