QDİƏT PA prezident seçkilərini izləyəcək

Samir Soltanov/AZADİNFORM. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)  Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək”. 

Azadinform xəbər verir ki, bu barədə sechki-2018.az saytına açıqlamasında QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev məlumat verib. Baş katib qeyd edib ki, müşahidə missiyasının tərkibinə təşkilata üzv ölkələrin deputatları daxil ediləcək.

Azərbaycandakı seçkiöncəsi mühitdən danışan A. Hacıyev deyib ki, Azərbaycanın seçki təcrübəsi və ölkədəki seçki mühiti qənaətbəxşdir: “Hər bir ölkənin öz tarixi yolu, ənənələri var. Azərbaycanın da özünün demokratik prinsiplərə söykənən seçki ənənələri mövcuddur. Seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilib, bütün proses qanun çərçivəsində aparılır. Hesab edirəm ki, 11 aprel seçkiləri demokratik normalar çərçivəsində baş tutacaq. Azərbaycanın şəffaf və ədalətli seçki keçirməyə imkan verən qanunvericliyi var”.

14.03.2018 11:07 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo