Daşnaqsütyun liderləri Böyük Ermənistan xülyası üçün bütün təşkilatlara göstəriş vermişdi

Leyla Məhərrəmova / AZADİNFORM. “31 mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ilk qırğın deyildi. XX əsrin əvvəllərindən başlayaraq onlar azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirirdi”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq qeyd edib ki, 1905-1906-cı illərdə “Daşnaqsütyun” partiyasının liderləri “erməni məsələsi”ni həll etmək, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki, İrəvan, Gəncə və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər: “1905, 1918, 1992-ci ildə baş vermiş soyqırımlarda azərbaycanlılar silahlı və hərtərəfli hazırlıqlı “dığalar” qarşısında adətən silahsız və qırğın qarşısında gücsüz idilər”.

Z. Məmmədovun sözlərinə görə, Azərbaycan kəndlərinin dağıdılması təbii ki, şimaldan gələn aktiv dəstək nəticəsində həyata keçirilirdi: “Rus məmurları da milli ədavəti qızışdırmaqla bir tərəfdən canlanmaqda olan azadlıq hərəkatının boğulmasına, digər tərəfdən də boşaldılmış müsəlman kəndlərində xristianların məskunlaşmasına imkan yaradırdılar”.

Politoloq əlavə edib ki, istər Rusiya, istərsə də Vatikan, daha sonra London və digər Qərb ölkələrinin paytaxtları tez-tez erməni kartından müsəlman və türk əhaliyə qarşı istifadə edirdilər. Məqsəd bəllidir, bölgədə vassal dövləti yaratmaq istəyirdilər: “XXI əsrdə Azərbaycan xalqı bütün bu hadisələrdən dərs alıb. Artıq biz ayıq olmalıyıq. Biz başa düşməliyik ki, ermənilər kimliyindən asılı olmayaraq bundan sonra da azərbaycanlılara qarşı bu siyasətlərini davam etdirəcəklər. Ona görə də bütün platformalardan istifadə etməklə tarixi ədalətin bərpası istiqamətində işlər aparmalıyıq”.

14.03.2018 10:57 / Baxılıb: 890 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo