Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar beynəlxalq aləm tərəfindən tanınmalıdır

"Böyük Ermənistan dövlətinin yaradılması ideyası bu gün də davam etdirilir".

Məlumata görə, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, beynəlxalq tələblərə əhəmiyyət verməyən Ermənistan təcavüzü davam etdirir: “Ümid edirəm ki, beynəlxalq aləm bunlara reaksiya verəcək və bu təcavüz yekunlaşacaq. İstər Xocalı soyqırımı, istərsə də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım beynəlxalq aləm tərəfindən tanınmalıdır”. 
E. Süleymanova qeyd edib ki, son illərdə beynəlxalq birlik tərəfindən Azərbaycana göstərilən dəstəklərin sayının artması Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını göstərir. 
1918-ci il soyqırımının Azərbaycanın tarixinə qanlı səhifə kimi düşdüyünü deyən ombudsmanın sözlərinə görə, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti, azərbaycanlılara qarşı törədilən soyqırımlarla bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır. (trend)

14.03.2018 10:47 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo