ADU professorunun rəyi Çin mətbuatında dərc edilib

AZADİNFORM. Çin Xalq Respublikasının “Sinxua” Dövlət İnformasiya agentliyində “Diqqət mərkəzində: Çində konstitusion dəyişiklik inkişaf və sülh üçün vacib hesab edilir” adlı analitik material yayımlanıb.

Material ÇXR-in sədri Si Çzinpinin yeni dövrdə sosializmin Çin modeli ideyası əsasında Ümumçin Xalq Nümayəndələrinin illik sessiyasında ÇXR konstitusiyasının preambulasına daxil edilib. Məqalədə Rusiya, Yaponiya, Fransa politoloqları və ekspertlərinin şərhləri ilə yanaşı, ADU-nun professoru Rafiq Abbasovun da mövqeyi yer alıb. ADU-dan Azadinform-a verilən məlumata görə, Rafiq Abbasov qeyd edib ki, ÇXR-in konstitutsiyasının preambulasında edilmiş dəyişiklik dövlət idarəçiliyinin təşkilati prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmasında mühüm addımdır. Bildirib ki, Çində mütəmadi olaraq həyata keçirilən institusional islahatlar Çin Kommunist Partiyasının idarəetmədəki aparıcı rolunu daha da gücləndirir və onun rəhbərliyi altında Çin xalqı Çin modelli sosializm quruculuğunun təkmilləşməsinə istiqamətlənmiş siyasi inkişaf yolunda irəliləyir.

14.03.2018 10:33 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo