ÇL Son iki 1/4 finalçı bəlli olacaq

Samir Soltanov/AZADİNFORM. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. 

Azadinform xəbər verir ki, görüşlərlə son iki 1/4 finalçı bəlli olacaq. 
“Çelsi” səfərdə “Barselona”nın qonağı olacaq. Londondakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Növbəti mərhələyə adlamaq üçün Kataloniya klubunu qolsuz bərabərlik də qane edir. 
Digər görüşdə isə “Beşiktaş” “Bavariya”nı qəbul edəcək. Bu oyun daha çox formal xarakter daşıyır. Çünki, İstanbul klubunun ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyətin əvəzinin çıxması inandırıcı görünmür.

 

  

14 mart

 

Çempionlar Liqası, 1/8 final (cavab oyunları)

 

Saat 21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya)

İlk oyun – 0:5 
Saat 23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)

İlk oyun – 1:1

14.03.2018 10:18 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo