Azərbaycan seçkiləri izləmək üçün Avropa Parlamentinə müraciət edibmi?

Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb.

Məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.

Bununla bağlı Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov münasibət bildirib. O deyib ki, qeyd edilən məlumatların heç bir əsası yoxdur: “İlk növbədə bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak ediblər. Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib.

Buna görə də məlumat yayanlar yanlışlığa yol verirlər. Əgər məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar”.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.

Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin olunub. (Modern.az)

14.03.2018 09:55 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo