Cinayətkarları yaxalayan ağıllı eynək

Çin polisləri cinayətkarları tutmaq üçün “ağıllı” eynəklərdən istifadə edirlər.

Bu xəbəri billionnews.ru saytı yayıb. Bildirilir ki, bu eynəklər vasitəsilə şəkil, video çəkmək və digər funksiyaları yerinə yetirmək mümkündür. Eynəyin başlıca funksiyalarından biri də insanların sənədlərinin yoxlanılması məqsədilə üzdən tanınması texnologiyasıdır. Belə ki, eynəkdən gələn informasiya “Android” sistemi ilə işləyən smartfona bənzər qurğuya ötürülür.

Maraqlıdır ki, bir ay ərzində bu eynəklərin köməyi ilə saxta sənəd gəzdirən 26 nəfər aşkarlanıb, axtarışda olan 7 cani tutulub. (Azərtac)

14.03.2018 09:50 / Baxılıb: 417 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.09.2018
20.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo