Abituriyent jurnalının 1-ci nömrəsi nəşr olunacaq

Adəm Abbaslı/AZADİNFORM. “Abituriyent” 1 jurnalında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar təqdim ediləcək.

DİM-dən Azadinform-a verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqram­ları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapacaq. Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunacaq.

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə biləcəksiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az

14.03.2018 09:40 / Baxılıb: 554 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo