Bakıda avtomobilin yanması böyük tıxaca səbəb olub

AZADİNFORM. Bakıda avtomobilin yanması böyük tıxac yaradıb.

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun "Koroğlu" stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

13.03.2018 23:38 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo