Zaqatalada ev yanıb

AZADİNFORM. Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Azadinform-un məlumatına görə, yanğın bu gün axşam saat 19:15 radələrində rayonun Car kəndində, kənd sakini Arif Arasova məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli yeddi otaqdan ibarət fərdi yaşayış evinin dam örtüyündə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün 2 kv.m-lik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

13.03.2018 23:24 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo