Bəşşar Əsədə məxsus hərbi qüvvələr İdlibə zərbə endirib

Suriyada Bəşşar Əsəd rejiminə məxsus hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində 5 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.

Azadinform xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hava hücumu axşam saatlarında, İdlibdə baş verib. Hərbi hava qüvvələri Binniş, Maaret Misrin və Ram Hamdam bölgələrini atəşə tutub.

Hava zərbələrinin davam etdiyi bildirilir. Ölənlərin sayının artacağı qeyd edilir. 

13.03.2018 22:32 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo