Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

AZADİNFORM. Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq martın 14, 15, 16-da saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.

13.03.2018 22:17 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo