OECD qlobal iqtisadi artım proqnozunu yüksəldib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2018-ci il üzrə qlobal iqtisadi artım proqnozunu ötən ilin noyabr ayındakı proqnozu ilə müqayisədə 0,2 faiz bəndi artıraraq 3,9%-ə yüksəldib. 

Azadinform qurumun hesabatına istinadən xəbər verir ki, 2019-cu il üçün proqnoz isə 0,3 faiz bəndi artırılaraq 3,9%-ə çatdırılıb.

Yenilənmiş hesabatda G20 ölkələri üçün iqtisadi artım proqnozu 0,2 faiz bəndi artırılaraq 4,1%-ə, Türkiyə üçün 0,4 faiz bəndi artırılaraq 5,3%-ə, ABŞ üçün 0,4 faiz bəndi artırılaraq 2,9%-ə çatdırılıb, Rusiya üçün isə 0,1% azaldılaraq 1,8%-ə endirilib. 

13.03.2018 21:23 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo