Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

AZADİNFORM. Martın 16-da paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bu barədə Azadinform-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Belə ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 220 nömrəli məktəb-liseydə (Ünvan: E.Süleymanov küçəsi 120a) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

13.03.2018 21:09 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo