Nazirliyin istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələyib

AZADİNFORM. Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004698 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib.

Azadinform nazirliyə istinadən xəbər verir ki, istiqrazlara tələb təklifdən 3,55 dəfə çox – 106,6 mln. manat olub.

Qiymətli kağızların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100,0159 manat (gəlirlilik 8%) müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 10 mart 2020-ci ildir.

13.03.2018 20:54 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo