Türkiyədə 2 hərbçi şəhid olub, 5-i yaralanıb

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.

Azadinform “Haberturk”ə istinadən xəbər verir ki, hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib. 

Bölgədə keçirilən antiterror əməliyyatı zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.

Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Bölgədə antiterror əməliyyatı davam edir.

13.03.2018 20:27 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo